
Gənc futbolçunun sevgi məktubu
Əvvəla salam, ey mənim Marakana stadionu kimi möhtəşəm və əzəmətli sevgilim! Sən hələ də inanmırsan ki, mən səni Fuad Musayev AFFA-nı sevdiyi qədər sevirəm. Məni bu yoldan nə aldığım zədələr, nə də qırmızı vərəqələr çəkindirə bilməz. FİFA-nın qərarlarına and olsun ki, sən mənim olanadək hücumda olacaq və heç zaman offsayda düşməyəcəyəm. Unutma ki, bizim sevgimiz Beckhamın Viktoriyaya olan sevgisi qədər məşhur olacaq və mən sənə ürəyimdə Pelenin vurduğu qollar qədər yer ayıracağam.
Düzdür hərdən bu sevgidə Tərlan Əhmədov kimi avtoqollar vurmuşam, bəzən vurduğum toplar qapı tirindən qayıtsa da, qətiyyən ruhdan düşməyərək hücumlarımı davam etdirmişəm. Amma hərdən sənin mənim əsəblərimlə Amerikansayağı futbol oynamağın da arzuolunan deyil. Mənə münasibətində Azərbaycan futboluna edilməsi zəruri olan dəyişikliklər etməni arzulayıram. Əminəm ki, bu gündən möhkəm əsasları qoyulacaq sevgimiz Braziliya futbolu kimi davamlı, Alman futbolu kimi dəqiq və səlis, Türkiyə futbolu kimi coşqulu və ən əsası Azərbaycan futbolu kimi sürprizlərlə dolu olacaq.
ÇOX GÖZƏL MƏKTUBDUR. KAŞ Kİ, MƏNİM SEVGİLİM DƏ MƏNƏ BELƏ BİR MƏKTUB YAZAYDI. AMMA BİLİRƏM Kİ, ONUN MƏNƏ OLAN SEVGİSİ BİR MƏKTUBA SIĞAN DEYİL. TƏŞƏKKÜRLƏR. GƏLƏCƏK İŞLƏRİNİZDƏ UĞURLAR. HƏRDƏN MƏNİM BLOGUMA DA BAŞ ÇƏKSƏNİZ ÇOX SEVİNƏRƏM. YETER.AZERİBLOG.COM
May 29, 2008 14:01