Fuad Rzayev
Tale aldı səni mənim əlimdən,
Bir hicran kəsildi qəlbimə hakim.
Sevdim... Ürəyimlə bacarmadım mən,
Kaş ki, məhəbbətə əyilməyəydim.
* * *
Ürəyim tək sənin oduna yandı,
Tək səni sevmişdim. Pənahım səndin.
Həyatda etdiyim günahlar içrə,
Bəlkə də, ən böyük günahım səndin.
* * *
Mənim həsrətimin üsyan səsidir,
Gözümdən süzülüb axan şəlalə.
Bilsəydim, inan, heç sevməzdim səni,
Mənim axırıma çıxan Şəlalə.
* * *
İnamım yox oldu, küsdüm hər şeyə.
Bu gün, dəfn edirəm məhəbbətimi.
Səndə səadəti tapdığım kimi,
Səninlə itirdim səadətimi.
* * *
Elə ki, eşitdim, nişanlanmisan,
Ürəyim titrədi, qopardı fəryad.
Yazıram, biləsən, bu şerimi mən,
Sənə həsr edirəm. Hörmətlə: FUAD
Fuad Rzayev, ugurlar.
May 28, 2008 17:24