De... Necə unudum sənli günləri.
Ürəyi ikiyə bölmək asanmı?
Ömrümə yazılan sənli illəri,
Bir anın içində silmək asanmı?
* * *
Keçirdim günləri kədər, zülümdə.
Hökmü var hər günün, ayın, ilin də.
Bu qədər əzabın, dərdin əlində,
Ağlaya-ağlaya gülmək asanmı?
* * *
Yoruldum taleyin sınağlarında.
Nələr yazılıbmış varağlarında.
Gələcək günündə, sabahlarında,
Nələr baş verəcək? Bilmək asanmı?
* * *
Sevməklə, kədərə saldım ürəyi.
Yazdım taleyimə həsrət gileyi.
Unudub əzablı, qəmli taleyi,
Yenidən dünyaya gəlmək asanmı.
* * *
Bəlkə də, sevgilim qayıdacaqdır.
Bu sınmış qəlbimi ovudacaqdır.
Axan göz yaşımı qurudacaqdır.
Bu fikir, xəyalla ölmək asanmı?
* * *
De... Necə unudum sənli günləri.
Ürəyi ikiyə bölmək asanmı?
Ömrümə yazılan sənli günləri,
Bir anın içində silmək asanmı?
SAHIN QARDAS, SIZE UGURLAR!!!!!!!!
İyun 11, 2008 21:05