Fərid RüzgarBiz ayrılan gündən ötsə də ay, il,
Bu mənə olubdur ölümdən baha.
Ayrılıq, əbədi unutmaq deyil.
Düşünmə, mən səni sevmirəm daha.
------------------------------------------------------
Sənsiz günüm keçir hədər, havayı.
Könül bağçasında xəzəllər olub.
Səni unutmaqçın, səndən savayı,
Qəlbimdə, hələ, çox gözəllər olub.
------------------------------------------------------
Amma ki, olamyır bunun köməyi.
O sənli günləri unutmaq olmur.
Bir zaman, eşqinlə vuran ürəyi,
Başqa bir ürəklə ovutmaq olmur.
------------------------------------------------------
Odlu məhəbbətə, sevgiyə qıydıq.
Bizə sirdaş oldu qüssə, qəm, kədər.
Qismət belə imiş. Ayrılmalıydıq.
Mən səni sevsəm də, dünyalar qədər.
ŞƏHR YAZIN

Tebrik edirem.
İyun 26, 2008 11:37